18 C
Baku
Thursday, April 25, 2024

“Azercell Telekom” bu ay rebrendiq edəcək

Azərbaycan mobil rabitə operatoru “Azercell Telekom” iyun ayının sonunadək rebrendiq edəcək. Bunu şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, hazırda şirkətin yeni loqosunun hazırlanması istiqamətində işlər aparılır.

Qeyd edək ki, ötən il “Azercell” idarə edilməsini təmin edən səhmlərin nəzarət zərfini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC əldə edib.

Dövlətə məxsus olan “AzInTelecom” və Niderland qanunvericiliyinə əsasən yaradılan “Fintur Holdings B.V.” şirkəti arasında Türkiyədə təsis olunan “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə ötən ilin 1-ci rübündə imzalanıb. “Azertel” Azərbaycan mobil operatoru olan “Azercell”in yeganə təsisçisidir.

ONA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər