7 C
Baku
Monday, January 13, 2025

“Azercell Telekom”da kommersiya üzrə yeni baş direktor təyin edilib

Telekommunikasiya şirkəti “Azercell Telekom” MMC-yə kommersiya üzrə yeni baş direktor təyin edilib.

Banker.az xəbər verir ki, Demir Dirim ölkənin ən iri mobil operatoruna kommersiya üzrə yeni baş direktoru təyin edilib.

Demir Dirim buna qədər şirkətdə satış üzrə baş direktor idi.

O, 2012-2019-cu illərdə Türkiyənin telekommunikasiya şirkəti “Turkcell”də çalışıb və 2019-cü ilin noyabrından Azərbaycan şirkətinə təyinat alıb.

Xatırladaq ki, “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. 5 milyondan böyük abunəçi bazasına malik mobil operatorun coğrafi əhatə dairəsi 94,7%, əhali əhatə dairəsi isə 98,4% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər