31 C
Baku
Sunday, June 16, 2024

“Azercell Telekom”un təsis etdiyi şirkət məhkəməyə verildi

“Azeronline LTD” Birgə Müəssisəsi məhkəməyə verilib.

Banker.az xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, “Azeronline LTD” Birgə Müəssisəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib olunub.

İş hakim Nigar İmanovanın icraatına verilib.

Həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Azeronline” LTD Birgə Müəssisəsi 1999-cu il, 29 dekabr tarixində “Azercell Telekom” BM tərəfindən təsis edilib. 70 mindən çox müştəri bazasına sahib olan şirkətin müştəriləri arasında iri şirkətlər, banklar, eləcə də dövlət qurumları yer almaqdadır. “Azeronline”nın qanuni təmsilçisi Niyazov Elçin İsrail oğludur. Həmçinin “Aztelekom” MMC-yə rəhbərlik Elçin Niyazova həvalə olundu.

Son xəbərlər
 ⁠
Digər xəbərlər