Banker.azın əldə etdiyi informasiyaya görə, Azercell Türkiyədə baş verən genişmiqyaslı meşə yanğınları ilə əlaqədar orada səfərdə olan abunəçilərinin doğmaları ilə kəsintisiz əlaqəsini təmin etmək məqsədilə onların balansını təmənnasız şəkildə artırıb. Abunəçilərə bu haqda müvafiq məzmunlu SMS göndərilir. Məlumata görə, vəsaitin həcmi 10 AZN-dir.