Ukraynadakı hərbi vəziyyətlə əlaqədar Azərbaycanın mobil operatoru “Azercell Telekom” MMC bu ölkədə olan bütün abunəçilərin ailə və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansına 50 manat həcmində vəsait yükləyib.
Abunəçilərə bu haqda müvafiq məzmunlu SMS göndərilib. Balansartırma həm fakturalı, həm fakturasız xətt sistemlərinə aid bütün nömrələri əhatə edir.