“Azercell Telekom” şirkəti yaxın vaxtlarda yeni “010” operator kodlu (prefiksli) nömrələri satışa çıxaracaq.
Bunu şirkətin prezidenti Vahid Mürsəliyev deyib.
Onun sözlərinə görə, hazırda bu prefiksin digər operatorlar, həmçinin rouminq operatorlarının şəbəkəsində tanınması istiqamətində işlər aparılır.
“Bu, vaxt aparan bir işdir. Prefiks hüquqi cəhətdən rəsmən ayrılıb. Texniki cəhətdən hazır olan kimi biz onu təqdim edəcəyik. Yeni prefiksin istifadəyə verilməsi müştəri məmnuniyyətinin bir qədər də artırılması məqsədini daşıyır”, – deyə V. Mürsəliyev qeyd edib.
Qeyd edək ki, yeni prefiksin istifadəyə verilməsindən sonra şirkət üç operator koduna (“050”, “051” və “010”) malik olacaq.
©APA-Economics