22 C
Baku
Friday, April 19, 2024

“Azercell” yeni “010” operator kodunu istifadəyə verəcək

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti yeni operator kodunu (prefiksi) istifadəyə verəcək. Banker.az xəbər verir ki, bunu “APA”ya mobil rabitə sahəsindəki etibarlı mənbə deyib.

Operatorun yeni prefiksi “010” olacaq. Beləliklə, bundan sonra şirkət üç operator koduna (“050”, “051” və “010”) malik olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti də yeni prefiksi istifadəyə verəcəyini planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər