6 C
Baku
Friday, March 1, 2024

“Azercell” yeni ildən bu tarifini dayandırır

Gələn il yanvarın 8-dən etibarən “Azercell Telekom” MMC “Biznes 200” tarif paketinə qoşulmanı dayandıracaq.

Banker.az Reporta istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumata görə, həmin tarif paketindən istifadə edən nömrələr müvafiq şərtlərdən yararlanmağa davam edə biləklər.

Qeyd edək ki, fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Biznes 200” tarifi çərçivəsində abunəçilər aylıq 10 manat ödəməklə 200 şəbəkə daxili dəqiqə və 200 SMS əldə edirlər.

Son xəbərlər
Digər xəbərlər