Azərbaycanın 3 mobil operatordan biri olan “Azercell Telekom” MMC yeni loqotipini təqdim edib.
Banker.az xəbər verir ki, bu barədə Heydər Əliyev Mərkəzində keçirilən təqdimat zamanı yeni loqo görüntülənib.
Bildirək ki, saytımızın redaksiyası hələ gün öncə bu mobil operatorun yeni loqosunu mediaya sızan məlumatlardan əldə edərək saytda dərc etmişdi.
Bununla da “Azercell” yarandığı gündən 3-cü dəfə rebrendinqə getməli olub. Mobil operatorun yeni loqosunda loqotipi saymasaq əslində 2010-cu ildə “TeliaSonera” adlı tanınmış telekomunikasiya şirkəti ilə iş birliyindən, adıçəkilən şirkətin loqosunu götürdüyündən (yəni bundan öncəkində) bir o qədər də fərqlənmir.
“Azercell” “TeliaSonera” ilə nə zaman anlaşdı və nə zaman bitirdi
Bu şirkətlə Azercell 9 il öncə anlaşmışdı. Həmin zamanda Telia Sonera regionda bir neçə şirkətlə yanaşı bu operatorla anlaşmışdı.
Telia Sonera və Turkcell-ə məxsus olan Fintur Holdings B.V. (Fintur) şirkəti özünün Azərbaycanın telekommunikasiya operatoru Azercell-in tam səhmdarı olan Azertel-dəki 51.3 faiz payını Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan Azintelekom-a satmağa razılıq verib. Bu razılaşma isə haqqında məlumat isə Azercell tərəfindən 2018-ci ilin martında işıqlandırılmışdı. Buna qədər isə müxtəlif fərziyyələr irəli sürülürdü.
Köhnə loqodakı daş təsvirin mənası
Köhnə, yəni, 2010-cu ildən bu tərəfə istifadə etdiyi loqotipdəki daşın yeni brendin rəmzi kimi seçilməsi Azərbaycanın yerləşdiyi Avrasiya regionunda ölkələrin relyefi və irsindən irəli gəldiyi bildirilirdi.
Daş möhkəm yerli kökləri, fəaliyyətin uzun tarixini və Azercell-in Azərbaycanda şəbəkə və xidmətlərinin etibarlılığını əks etdirir. Daş üzərində ağ xətlər bağlantı və Azercell-in xidməti sayəsində bütün nəsil azərbaycanlılar arasında əlaqəni tərənnüm edirdi.