2 C
Baku
Saturday, December 14, 2024

“Azercell”də yaranan problem bankomatları iflic etdi

“AzeriCard” ilə bankomat və POS-terminallarda aparılan ödəmələr dayandırılıb. Bu haqda haqqin.az-a “АzeriCard” MMC-dən bildiriblər. Elektron ödəmələri “Azercell”in internet şəbəkəsinin işi bərpa olunana qədər təxirə salmaq təklif edilib.

Ekspert Osman Gündüz problemin, çox güman ki, fibro-optik kabel sistemində deyil, “Azercell”in hava mobil internetində olduğunu bildirib.

Məlumata görə, “Azercell” problem barədə şübhəli izahatlar verir, internetin verilməsində problemi şəbəkənin yenilənməsi ilə əlaqələndirir.

“Bu, inandırıcı deyil. “Azercell” kimi iri şirkətlər yenilənməni gecə saatlarında 00:00-dan sonra başlayır, səhər saat 07:00-da başa çatdırır. Bu şəbəkə istifadəçiləri üçün problem yaratmır. Günorta saatlarında yeniləmə işləri aparmaq…”, – ekspert gileylənib.

Onun sözlərinə görə, internet vasitəsilə müəssisələr işləyir, elektron ödəmələr həyata keçirilir və s. Mobil operator yaranan problem barədə aydın və inandırıcı cavab verməlidir.

“Bu, abunəçilərin şirkətə olan etimadını təmin edəcək”, – ekspert deyib.

Osman Gündüzün sözlərinə görə, dövlət elektron rabitə sistemində heç bir problem yoxdu. “Bütün problem “Azercell” servislərində və data-mərkəzlərindədir”, – o deyib.

Oxu.az, Haqqin.az

Son xəbərlər
Digər xəbərlər