17 C
Baku
Sunday, April 14, 2024

“Azercell”in əmlakının həcmi yarım milyard manata yüksəlib

“Azercell Telekom” MMC 2022-ci ildə əmlak, tikili və avadanlıqlarının həcmini 495.8 milyon Azərbaycan manatına çatdırıb.

Banker.az bunu şirkətin illik audit hesabatına istinadla xəbər verir.

Hesabata görə, “Azercell”in bu aktivlərinin həcmi illik müqayisədə 46.96 mln. manat, yaxud 10.5 faiz artımdır.

Qeyd edək ki, telekommunikasiya şirkətinin cəmi aktivlərinin həcmini ötən il 910.06 mln. manatdan 1 mlrd. 20.18 mln. manata yüksəldib. Aktivlətin 692.13 mln. manatı uzunmüddətli, 328.05 mln. manatı qısamüddətli aktivlərdir.

Şirkət 832.8 mln. manat cəmi kapitala sahibdir, bunun da 790.32 mln. manatı bplüşdürülməmiş mənfəətlərdir.

Son xəbərlər
Digər xəbərlər