-1 C
Baku
Sunday, December 15, 2024

“Azercell”in bu kampaniyası ləğv olunur

“Azercell Telekom” MMC tərəfindən təqdim olunan bəzi xidmətlərə  13 avqust 2024-cü il tarixindən etibarən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

Bu barədə Banker.az şirkətin elanına istinadən xəbər verir.

Fakturasız (SimSim) xətt sisteminə aid yeni nömrələr əldə edilərkən ödənilməsi nəzərdə tutulan 2 AZN məbləğində təsis haqqı ləğv edilir. Eyni zamanda, Fakturasız (SimSim) xətt sisteminə aid yeni nömrələr üçün təqdim edilən “Xoş gəldin” kampaniyası dayandırılır.

Qeyd olunan tarixə qədər “Xoş gəldin” kampaniyasına qoşulan nömrələr istifadə müddəti bitənədək kampaniya şərtlərindən yararlana biləcəklər.

 

Son xəbərlər
Digər xəbərlər