13 C
Baku
Tuesday, November 4, 2025

“Azercell”in bu paketlərində sürət limiti aradan qaldırılır – yeni qiymətlər açıqlandı

“Azercell Telekom” MMC tərəfindən 1 dekabr 2025-ci il tarixdən etibarən “GigaMax” və “GigaMax+” internet paketləri üzrə sürət limitləri aradan qaldırılır.

Banker.az xəbər verir ki, paketlər aşağıdakı şərtlərlə təqdim olunacaq:

İnternet paketin adı İstifadə müddəti Maksimal sürət (mb/s) Qiymət (AZN ƏDV daxil) Təqdim edilən həcm
“GigaMax” 30 gün Limitsiz 18,9 60 GB
“GigaMax+” 30 gün Limitsiz 28,9 80 GB

 Göstərilən şərtlər müvafiq paketlərin növbəti yenilənməsindən sonra tətbiq ediləcək.

Müvafiq dəyişiklik ilə “GigaMax” və “GigaMax+” internet paketləri çərçivəsində təqdim edilən internetdən istifadə sürəti artırılaraq daha rahat və əlverişli istifadə imkanı yaradılır. Eyni zamanda abunəçilərə həmin paketlər çərçivəsində təqdim edilən həcm bitdikdən sonra istifadə müddətinin sonunadək 256 kb/s sürət həddində limitsiz həcmdə, əlavə ödəniş etmədən yararlanmaq imkanı təqdim edilir.

Bundan başqa, istifadə müddəti başa çatmamış “GigaMax” və “GigaMax+” internet paketləri çərçivəsində təqdim edilən həcm bitdikdə abunəçilər həmin paketləri yeniləmək imkanına da malik olacaq.

Son xəbərlər
Digər xəbərlər