19 C
Baku
Sunday, May 5, 2024

“Azercell”in dövlətə 1 milyon manatdan çox vergi borcu var – Yenilənib

“Azercell Telekom” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Azercell Telekom” MMC-nin vergi borcu 1 097 633.32 manatdır. Bu vergi borcu 16.01.2024-cü il  tarixinə olan məlumatdır.

Xatırladaq ki, “Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 100 000 USD təşkil edir və qanuni təmsilçisi Zərinə Zeynalovadır.

YENİLƏNMƏ

Bildirək ki, “Azercell Telecom” dövlət qarşısında vergi borcunu bu gün tam ödəyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər