17 C
Baku
Friday, April 19, 2024

“Azercell”in gəliri yüksəlsə də, daha az mənfəət vergisi ödəyib

Əsas səhmləri dövlət şirkətinə aid olan mobil operator “Azercell Telekom” MMC (Azercell) 2021-ci ildə gəlirləri artmış, nəticədə xalis mənfəəti öncəki ili xeyli üstələyib.

Bu barədə Banker.az “Azercell”in illik konsolidə hesabatına istinadən xəbər verir, lakin bu hesabata müstəqil audit rəyi olub-olmaması qeyd edilmir.

Konsolidə edilmiş hesabatda qeyd edilir ki, onun gəlirləri illik müqayisədə 36.71 milyon manat, yaxud 8.1 faiz artımla 492.09 milyon manat təşkil edib. Paralel olaraq cəmi xərc və məsrəfləri 36.08 milyon manat, 11.7% artaraq 343.74 milyon manat təşkil edib.

Burada bir xatırlatma edək ki, “Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 42.08 milyon manatdır. Şirkətin səhmlərinin 51.3%-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AzInTelecom” MMC-sinə, 42.2%-i Türkiyənin “Cenay İletisim” şirkətinə, 6.5%-i isə Maltanın “FA Invest” şirkətinə məxsusdur.

AZ VERGİ XƏRCİ, ÇOX XALİS MƏNFƏƏT

Telekomunikasiya şirkətinin il üzrə əməliyyat mənfəəti öncəki ildən cüzi artım fərqi ilə 148.36 milyon manata yüksəlib.

Maliyyə, digər xərc və gəlirləri fərqindən sonra onun vergiyəqədərki mənfəəti 148.30 milyon manat (illik müqayisədə 0.6% az) olub. Amma burada diqqət çəkən isə onun dövlətə ödədiyi mənfəət vergisi illik müqayisədə kəskin (demək olarsa) azalma yaşayıb. Yəni mənfəəti çoxalan şirkət mənfəət vergisi daha çox ödəməli olduğu halda öncəki ildən 39.7% az mənfəət vergisi ödəyib. Bu məbləğ 27.13 milyon manat olub (2020: 44.98 milyon manat).

Beləliklə, illik müqayisədə aşağı mənfəət vergisi xərci onun xalis mənfəətini 121.18 milyon manata yüksəlib, öncəki ildə104.17 milyon manat idi.

“Azercell”in balansındakı bölüşdürülməmiş mənfəət 552.94 milyon manatdan 673.99 milyon manata yüksəlib.23232332323

Son xəbərlər
Digər xəbərlər