7 C
Baku
Monday, December 15, 2025

“Azercell”in kredit xidmətlərində dəyişikliklər olacaq

“Azercell Telekom” MMC  13.01.2026-cı il tarixdən etibarən əldə edilən 1 AZN Simkredit üçün 0.30 AZN, 2 AZN Simkredit üçün 0.60 AZN, 2 AZN Simtaksit üçün 0.60 AZN, 3 AZN Simkredit üçün isə 0.90 AZN xidmət haqqı tətbiq ediləcək.

Banker.az xəbər verir ki, eyni zamanda “Simkredit”, “Simtaksit”, “Ekstra kredit” və “İnternet kredit” xidmətləri çərçivəsində göndərilən hər sorğuya 0.12 AZN haqq tətbiq ediləcək.

Qeyd edək ki, hazırda Azercell-də 1 manatlıq kredit üçün 0.20 manat, 2 manatlıq kredit üçün 0.40 manat, 3 manatlıq kredit üçün isə 0.60 manat istifadə haqqı tutulur. SimTaksit üzrə 2 manatlıq kredit üçün də 0.40 manat xidmət haqqı tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər