9 C
Baku
Sunday, November 17, 2024

“Azercell”in müqavilə şərtlərini müəssislərə məcburi qəbul etdirdiyi iddia olunur

“Azercell”-in ayrı-seçkiliyə yol verdiyi, sərfəli olmayan müqavilə şərtlərinin həmin müəssislərə məcburi qəbul etdirdiyi iddia olunur.

Belə ki, “Azercell Telekom” MMC və “L-SİM” MMC-yə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətləri üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iş qaldırılıb.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, iş “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-nin ərizəsi əsasında qaldırılıb.

İşin ümumi halı Azercell Telekom” MMC üçüncü şəxslərin sifarişləri əsasında abunəçilərə qısa mesajların kütləvi yayımının həyata keçirilməsi ilə bağlı müəssisələrlə eyni şərtli müqavilələrin bağlanmasında (xidmət haqlarında) ayrı-seçkiliyə yol verilməsi, sərfəli olmayan müqavilə şərtlərinin həmin müəssislərə məcburi qəbul etdirilməsi, habelə “Azercell Telekom” MMC və “L-Sim” MMC aralarında rəqabəti məhdudlaşdıran müqavilələr bağlaması (kartel razılaşması) və “L-Sim” MMC bu cür kartel razılaşmasına səbəb olan müqaviləni bağlamaqla onun rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməsidir.

Bildirilir ki, Dövlət Xidməti işə 10.08.2022-ci il tarixində baxacaq.

Son xəbərlər
Digər xəbərlər