Azərbaycanda mobil operator “Azercell Telekom” MMC 2020-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatını açıqlayıb.
Banker.az bildirir ki, “Azercell” 783.38 mln. manat cəmi aktivə malik olmaqla, bunun 593.88 mln. manatı uzunmüddətli və 189.5 mln. manatı isə qısamüddətli aktivlər təşkil etmişdir. Cəmi öhdiklərin həcmi 188.25 mln manat olmuş (48% artım), o cümlədən 7.68 mln manatı uzunmüddətli, 180.57 mln. manatı qısamüddətli öhdəliklər təşkil etmişdir.
Telekommunikasiya şirkətinin səhmdarlarına aid olan kapitalı 2020-ci il ərzində 1 035.93 mln. manatdan 595.02 mln. manata düşmüşdür. Kapitalın 42.08 mln. manatı nizamnamə kapitalı və 552.94 mln. manatı (ilin əvvəli 993.85 mln. manat idi: 544.97 divident ödənilib) bölüşdürülməmiş mənfəət olmuşdur.
mobil operatorun illik gəliri ötən il 455.38 mln. manat olmuşdur. Bu da 2019-cu illə müqayisədə 4.5% artım deməkdir. Cəmi xərc və məsrəflərin həcmi 307.65 mln. manat olması ümumi mənfəətini 147.73 mln. manata qaldırıb. Öncəki ildə ümumi mənfəəti 128.99 mln. manat olmuşdur.
“Azercell” öncəki ildə 195 min manat əlavə gəlir, 1.98 mln manat isə maliyyə gəliri əldə etdiyi halda, 762 min manat maliyyə xərci çəkib və nəticədə 149.14 mln. manat vergidən əvvəlki mənfəəti olub. 44.98 mln. manat mənfəət vergisi ödəyincə 104.17 mln. manat xalis mənfəət əldə edib. 2019-cu ildə xalis mənfəətin həcmi 101.18 mln. manat idi.