28 C
Baku
Saturday, July 27, 2024

“Azercell” bu dəfə zərər deyil, mənfəət edir – Dövlət şirkətinin səhmlərinin alması ona düşərli oldu

2018-ci il ərzində «Azercell Telecom» MMC-nin xalis mənfəəti 100,24 mln. manat təşkil edib. Bu da 2017-ci ilin yekunları üzrə 19,36 mln. manatlıq zərəri unutdurmalı olub.

Bu barədə Banker.az şirkətdən məlumat verilib.

Şirkətin saytında dərc olunan maliyyə hesabatına əsasən, ötən il şirkətin gəlirləri 421,193 mln. manat (artım 2,4%), xərcləri 286,206 mln. manat (azalma 27,9%) məbləğində olub.

2016-cı ilin yekunları üzrə “Azercell”in əməliyyat mənfəəti 134,987 mln. manat (artım 9,4 dəfə) təşkil edib.

Mənfəət vergisindən əvvəl mənfəət 135,733 mln. manat (artım 48,4 dəfə)təşkil edib. Eyni zamanda, 2018-ci ildə şirkət 35,498 mln. manat məbləğində mənfəət vergisi ödəyib (artım 60,2%), nəticədə hesabat ili ərzində xalis mənfəət 100,325 mln. manat təşkil edib.

2018-ci ildə “Azercell”in aktivləri 12,6% – 1 mlrd. 31,883 mln. manatadək artıb, uzunmüddətli aktivləri 4,7% – 460,868 mln. manatadək, qısamüddətli aktivləri 19,1% – 571,015 mln. manatadək artıb.

2018-ci ildə şirkətin öhdəlikləri 10,8% – 97,116 mln. manatadək artıb.

Hesabat ilində “Azercell”in kapitalı 12,8% – 934,767 mln. manatadək artıb. Eyni zamanda, 2019-cu ilin əvvəlinə bölüşdürülməmiş mənfəət 892,676 mln. manat (artım 13,5%) təşkil edib.

“Azercell Telecom” MMC 1996-cı il yanvarın 19-da təsis edilib. Şirkətin abunəçilərinin ümumi sayı 4,5 mln. nəfər təşkil edir.

Ötən il cəmiyyətin nizamnamə kapitalı dəyişməyib – 42,08 mln. manata bərabərdir.

Hazırda “Azercell”in 100%-lik səhmdarı “Azertel Telekomunikasyon ve Yatırım Dıs Ticaret A.S,” Azərbaycan-Türkiyə şirkətidir. Şirkətin səhmlərinin 51,3%-i “AzInTelecom” Azərbaycanın dövlət şirkətinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər