6 C
Baku
Sunday, December 15, 2024

“Azercell”in səhmdarı bölüşdürülməmiş mənfəətini 825 mln. manata çatıb

“Azercell”in əsas sahibi sayılan və dövlətə məxsus olan “AzInTelecom” MMC 2020-ci ildə 71.29 milyon manatlıq mənfəət əldə etdiyini açıqladı. Bu da öncəki ildə 63% çoxdur.

Banker.az xəbər verir ki, bu barədə dövlətə məxsus şirkətin 2020-ci il üzrə audit hesabatında qeyd edilib.

“AzInTelecom” 2020-ci ildə 436.44 milyon manatlıq gəlir əldə edib, 261.02 mln. manatlıq isə xidmətin maya dəyəri təşkil edib, bu da şirkətin 215.41 mln. manatlıq ümumi mənfəət əldə etməsi deməkdir. Şirkət mənfəətinin artırmasına ümumi və inzibati xərclərini 120 mln. manatdan 105.7 mln. manata və digər xərclərini isə optimallaşdırmaqla nail olmuşdur.

Bu xalis mənfəətdən sonra 1 yanvar 2021-ci il tarixinə telekommunikasiya şirkəti 824.8 mln. manata qədər bölüşdürülməmiş mənfəətə sahib olub.

“AzInTelecom” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 min manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində “İnfrastruktur Xidmət kimi” (IaaS) əsaslı xidmətlərdən ibarətdir.

2131313

 

Son xəbərlər
Digər xəbərlər