15 C
Baku
Wednesday, April 24, 2024

“Azercell”in səhmdarı Tacikistandakı aktivlərini satıb

Skandinaviyanın telekommunikasiya operatoru “Telia” Tacikistandakı törəməsi “Tcell” şirkətindəki payını satıb.

APA “Reuters” agentliyinə istinadən xəbər verir ki, “Telia” “Central Asian Telecommunications Development B.V.” şirkətindəki 60%-lik payını “Aga Khan” İqtisadi İnkişaf Fonduna satmaq niyyətindədir. Yeri gəlmişkən, “Aga Khan” “Tcell”dəki qalan 40%-in sahibidir.

Bazar dəyəri 66 mln. dollar olan “Tcell”in satışından “Telia” 39 mln. dollar əldə etmək niyyətindədir.

Xatırladaq ki, ötən ilin avqust ayında “Telia” bildirib ki, tədricən Asiya regionundakı iştirakını dayandıracaq. “Reuters” qeyd edir ki, şirkət “uzun illərdir yerli tərəfdaşlarının korrupsiyaya uğramasına dair araşdırmalardan yorulduğunu” bildirib.

Şirkət artıq Nepaldakı aktivlərini satıb. “Tcell” ilin sonunadək satılacaq.

Hazırda şirkətin Avrasiya bölməsinə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Moldovadakı biznes birləşdirən “Fintur Holdings” və Özbəkistandakı aktivləri daxildir. Onu da bildirək ki, “Fintur Holdings”in bir hissəsi “Turkcell” şirkətinə məxsusdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər