7 C
Baku
Thursday, December 12, 2024

“Azercell”in təsisçisinin vergi borcu 3 milyon manatı ötdü

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin 3 019 551 manat vergi borcu var.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, bu vergi borcu 15.03.2022-ci il tarixinə olan məlumatdır.

Xatırladaq ki, “AzInTelecom” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 min manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində “İnfrastruktur Xidmət kimi” (IaaS) əsaslı xidmətlərdən ibarətdir.

“AzInTelecom” “Azercell Telecom” MMC-nin əsas səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər