7 C
Baku
Tuesday, December 3, 2024

“Azercell”in törəmə şirkətinə yeni rəhbər təyin edilib

“Azercell Telekom”a yaxın olan kommunikasiya şirkəti “Azeronline Ltd” Birgə Müəssisəsinin baş direktoru dəyişib.

Banker.az-a daxil olan məlumata əsasən, Kənan Məsumov Elxan oğlu şirkətin rəhbəri təyin edilib.

O bu vəzifədə Tural Pirverdiyev Söhrab oğlunu əvəz edib. T.Pirverdiyev “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-nin rəhbəridir. O, qeyd edilən vəzifəyə ötən ilin martında təyin edilmişdi.

Kənan Məsumov isə “Baktelkom”un baş icraçı direktorunun müşaviri, “Azerfon” və “Azerconnect”in departament və şöbə müdiri vəzifələrində çalışıb.

Xatırladaq ki, “Azeronline LTD” Birgə Müəssisəsi 1999-cu il, 29 dekabr tarixində “Azercell Telekom” tərəfindən təsis edilib. Şirkətin 100 000 ABŞ dolları nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər