9 C
Baku
Friday, December 13, 2024

“Azercell”in törəmə şirkətinin rəhbəri dəyişib – təyinat

“Azercell Telekom” MMC-nin törəmə müəssisəsi “Azeronline LTD” Birgə Müəssisəsinin baş icraçı direktoru dəyişib.

Banker.az xəbər verir ki, Elxan Kərimov Teymur oğlu bu vəzifəyə təyin edilib.

O, bu vəzifədə Elçin Niyazov İsrail oğlunu əvəz edib.

Qeyd edək ki, Elxan Kərimov 2017-ci ildən şirkətin IT departamentinin direktorudur.

“Azeronline LTD” Birgə Müəssisəsi 1999-cu il, 29 dekabr tarixində “Azercell Telekom” tərəfindən təsis edilib. Azərbaycanda yaranan ilk internet provayder şirkətlərindən biri olan Azeronline fəaliyyətinə dial-up internet xidmətinin göstərilməsi ilə başlayıb.

Hazırda “Azeronline” həm fərdi, həm də korporativ müştərilərinə ADSL xidməti ilə yanaşı, müasir texnologiyalara əsaslanan FTTx, Simsiz və Ayrılmış xətt kimi internet xidmətləri də təqdim edir. Şirkətin müştəriləri iri şirkətlər, banklar, eləcə də dövlət qurumlarıdır.

Son xəbərlər
Digər xəbərlər