31 C
Baku
Saturday, July 20, 2024

Azerconnect şirkəti Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya topladı

Azerconnect şirkəti 22 iyul Milli Mətbuat Günü münasibətilə Şamaxıda jurnalistlər üçün “Telekommunikasiyada müasir çağırışlar” mövzusunda iki günlük seminar təşkil edib. 

Seminarın keçirilməsində əsas məqsəd telekommunikasiya sahəsində ölkəmizdə və dünyada baş verən yeniliklər və mövcud çağırışlar, Azərbaycanda telekommunikasiya operatorlarının fəaliyyətində tətbiq olunan innovasiyalar və inkişaf perspektivləri barədə media işçilərinin məlumatlılığını artırmaq olub.

Azerconnect şirkətinin marketinq üzrə Baş müdiri Müşfiq Əliyev, Korporativ kommunikasiya departamentinin rəhbəri Əlimərdan Sultanov, İnformasiya texnologiyaları və əsas şəbəkə üzrə aparıcı direktoru Pərviz İsmayılov mətbuat nümayəndələrini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edərək təqdimatlar ilə çıxış ediblər. 

Spikerlər Azerconnect şirkəti və onun telekommunikasiya sektorunda göstərdiyi xidmətlər, icra olunan layihələr, sözügedən  sahədə dinamik dəyişikliklər, müasir çağırışlar, şirkətlərin və müştərilərin gözləntiləri, gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat veriblər. Daha sonra media nümayəndələrinin çoxsaylı sualları ətrafında fikir mübadiləsi aparılıb.

Seminarda ümumilikdə ölkənin 30-a qədər aparıcı media qurumlarını təmsil edən jurnalistlər iştirak edib.

Azerconnect ölkənin dinamik inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətidir.   

Azerconnect şirkəti NEQSOL Holding beynəlxalq şirkətlər qrupuna daxildir.

Photo 1

Photo 2

Photo 4

Photo 5

 

Photo 3

Photo 6

Son xəbərlər
Digər xəbərlər