“Azerconnect” MMC-yə HR İdarəetmə və Layihələr Qrupu Direktoru təyin edilib.
Banker.az xəbər verir ki, bu vəzifəyə təyin edilən Seymur Əhmədovdur.
O, 2022-ci ilin yanvarından indiyə kimi “Avrora Group”da İnsan Resursları üzrə Baş Mütəxəssis kimi çalışıb.
Seymur Əhmədov 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” üzrə bakalavr dərəcəsi, 2014-2016-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində MBA – Maliyyə üzrə magistr dərəcəsi alıb.