Vakansiya 1. Planlama Mühəndisi
İş barədə məlumat
– Layihə üzrə görülən işlərin günlük, həftəlik, eləcədə dövri istehsal planının tərtib edilməsi və MS Project proqramına daxil edilməsi
– Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb lazımi instansiyalara ötürülməsi
– Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi
– Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün istehsalat növbə rəisi ilə müzakirələr aparmaq
– Gecikən işlərin yenidən planlanması
– Bütün layihələrin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət
– Görülən işlərə dəyən ziyanın müəyyən edilməsi və aktların hazırlanması
– İstehsal və satışın balanslaşdırılması: ötən il, rüb və ay satışına nəzərən müvafiq olaraq növbəti il, rüb və aylıq istehsal proqnozununun verilməsi
– Təsdiqlənmiş plana əsasən nəzərdə tutulan istehsalın problemsiz və intensiv həyata keçirilməsi üçün xammal stokunun yaradılması və minimum stok nəzarəti
– Dövri olaraq İstehsalat növbə rəisi və Satış müdiri ilə toplantılar təşkil etmək, yaranmış problemləri təsbit etmək və həlli yollarının müzakirəsi
– Vəzifə təlimatında göstərilmiş digər öhdəliklərin yerinə yetirilməsi
Namizədə tələblər
– Texniki sahə üzrə ali təhsil
– Vəzifəyə uyğun sahədə ən az 3 (üç) il və artıq iş təcrübəsi olanlara üstünlük verilir
– Primavera P6, MS Office, MS Project və Autocad proqramları biliyi
– İngilis və Rus dillərində (ümümi və texniki sahədə) yaxşı biliyi olanlara üstünlük verilir.
– Problem həll etmə, qərar qəbuletmə qabiliyyəti, analitik düşünmə qabiliyyəti
– İşgüzar ünsiyyət bacarığı
– Komandada işləmə bacarığı
Vakansiya 2. Memar
İş barədə məlumat
– Layihələndirilən obyektə dair sifariş tələblərini qəbul edir
– Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərini aparır
– İlkin eskizin/cizginin hazırlanmasını əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə təmin edir
– İlkin eskiz/cizgini Sifarişçi ilə müzakirə edir və razılaşdırır
– Yüksək keyfiyyətli üçölçülü təsvirləri (3D) hazırlayır
– Memarlıq və mühəndis cizgilərdən ibarət olan Layihə paketinin tərtib və hazırlanmasında bilavasitə iştirak edir
– Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətini təmin edir
Namizədə tələblər
– Müvafiq sahədə ali təhsil (İnşaat mühəndisliyi, Memar)
– Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək
– Azərbaycan dilini yazılı və şifahi surətdə əla bilmək, ingilis və rus dillərini bilənlərə üstünlük verilir;
– AutoCAD, 3dMax (VRay) kompüter proqramlarını bilmək
– Əllə eskizləri çəkmək bacarığı
– Yüksək bədii səviyyədə üçölçülü təsvirləri (3D vizualizasiya) hazırlama bacarığı
– İşin vaxtında vəkeyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı
– Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı
– Səyahətlərlə bağlı problem olmamalı.
Vkansiya 3. Smeta üzrə Mühəndis
İş barədə məlumat
– Cari və baza qiymətləri ilə smeta tərtib edilməsi
– Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işlərinin həcmlərinin təhlili və hesablanması
– Layihələri oxumaq və təhlil etmək
– Faktiki yerinə yetirilən işlərin smeta sənədləri ilə müqayisə və təhlil etmək
– Tikinti norma və qaydalarında nəzərdə tutulmayan yeni tikinti materialları sərfiyyatın normalarını hazırlamaq
– Mühəndis-qrafik layihələri təhlil etmək və smeta tərtib etmək
Namizədə tələblər
– Qeyd olunan sahədə ən azı 5 (beş) il iş təcrübəsi
– MS Office (Word, Excel), 1C Smeta +, Autocad proqramlarında işləməyi bacarmalı
– Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli
– Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli
– Tikinti texnologiyasını bilməli
– Tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli
– Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı
– Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı
– Bütün görülən işlərə detallı şəkildə yanaşmalı
Vakansiya 4. Mühəndis-konstruktor
İş barədə məlumat
– geoloji tapşırığa əsasən bünövrənin en kəsiyinin və qoyulma dərinliyinin təyin edilməsi
– texnoloji tapşırığa əsasən bina və qurğunun hesabı sxemininin seçilməsi
– sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablaması
– hesabatın nəticəsi əsasında iqtisadi cəhətdən sərfəli olan bünövrənin, sütunların, rigellərin, tirlərin, tavanın, örtük konstruksiyalarının en kəsiyinin və materiallarının seçilməsi
– dəmir-beton, metal, ağac və plastik konstruksiya layihə cizgilərinin çəkilməsini təşkil edilməsi
– konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin tərtib edilməsi
– qəza vəziyyətində olan bina və qurğuların konstruksiya layihələrinin yerinə yetirilməsi
– təmir-tikinti işləri üçün layihə sənədlərinin hazırlaması
– tikinti işlərinə müəllif nəzarətinin həyata keçirməsi
– layihənin sifarişə əsasən və AR-da qüvvədə olan İnşaat Norma və Qaydalarına riayyət etməklə aparılnasl.
– gigienik sanitar normalar, yanğın normaları, təxliyyə planını nəzərə alınması.
Namizədə tələblər
– inşaat mühəndisliyi üzrə ali təhsil
– inşaat sektorunda ən az 3 il iş təcrübəsi
– layihələndirmə işlərini yerinə yetirilməsi üçün Lisenziya, zəlzələ üzrə Fövqəladə Hallar Nazirliyindən xüsusi vəsiqə
– MS Office, Autocad, Lira, Ideacad, Sap200 proqramlarında işləyə bilməli
– inşaat norma ve qaydalarını bilməli
– layihələşdirmənin metodlarını bilməli
– layihə işlərinin təşkili və planlaşdırılmasını bilməli
– işlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri bilməli
– tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməli
– əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli
– müəllif nəzarətini yerinə yetirə bilməli
– dəmir-beton , metal, ağac və plastik konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməli
– bünövrənin en kəsiyinin və qoyulma dərinliyinin təyin edə bilməli
– sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməli
– konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulmasını bilməlidir.
Vakansiya 5. Layihəçi
İş barədə məlumat
– tikinti obyektlərində iş həcminin (qüsur aktlarının) hesablanması
– layihələşdirmənin üsulları və texniki-iqtisadi hesabatının aparılması
– işin prinsipi, avadanlıq və konstruksiyanın quraşdırılma texnologiyası, materialın növ və xüsusiyyətlərini bilməli
– tikinti obyektlərin layihələşdirilməsi və istifadəsi üzrə metodik və normativ aktları bilməli
– layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər idarəetmə materiallarını bilməli
– layihələşdirmənin texniki üsullarını bilməli
– layihələşdirmə üzrə yerli və xarici təcrübəyə malik olmalı
– layihəşdiriləcək obyektlər üzrə texniki, iqtisadi və sosial tələbləri bilməli
– əməyin və istehsalatın təşkilini bilməli
– layihə rəhbərinə işin təkminləşdirilməsi təkliflərini irəli sürmək
– layihə rəhbərinə öz kompetensiyası daxilində iş prosesi zamanı meydana çıxan bütün çatışmamazlıqları və onların aradan qaldırma təkliflərini çatdırmaq
Namizədə tələblər
– Təhsili: ali texniki və ya inşaat
– Dil bilgisi: azərbaycan, rus, ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək
– Kompyuter biliyi: MS Office, İnternet, Outlook, AutoCAD, ArchiCAD
– Kollektivdə işləmək bacarığı olmalı
– Ünsiyyət qurma qabiliyyəti olmalı
– Məsuliyyətli, diqqətli, ciddi olmalı və özünə qarşı tələbkar olmalı
Necə müraciət etməli:
• İxtisaslı namizədlər öz CV anketlərini [email protected] göndərərək müraciət edə bilərlər.
• Mövzu hissəsinə vakansiyanın adı qeyd olunmalıdır, əks halda müraciətlərə baxış imkanı texniki üsullarla məhdudlaşdırılacaqdır.
• Tövsiyyə olunan CV-anket formasını təqdim edirik http://tinyurl.com/zzp6npk .
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə yaradılacaqdır.