9 C
Baku
Sunday, November 17, 2024

Azərenerji ₼1.84 milyardlıq satışa qarşı ₼436 milyon xalis mənfəət əldə edib

Ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin edən “Azərenerji” ASC 2022-ci ildə satışlarını böyük həcmdə artırmaqla ili xalis mənfəətlə bitirib.

Banker.az xəbər verir ki, bu barədə dövlət şirkətinin təqdim etdiyi hesabatda bildirilir.

Regionun energetika nəhəngi ötən il satışları 1 milyard 840.56 milyon manata yüksəldib. Bu, 2021-ci illə müqayisədə 559.65 mln. manat və ya 30.4 faiz çoxdur. Şirkətin ümumi gəlirləri isə hesabat ilində 1 mlrd. 851.68 mln. manat olub.

“Azərenerji”nin gəlirlərinin artmasına daxili bazardakı elektrik enerjisinə tələblə bərabər, xaricə ixracın güclənməsi də dəstək verir. 2022-ci ildə Azərbaycan xaricə $121.59 milyonluq elektrik enerjisi ixrac edib. Burada “Azərenerji”nin payı $65 mln. olub.

Şirkətin ötən il ərzində satışlarının artması ilə bərabər əməliyyat gəlirləri də yüksəldi. Məsələn, şirkət ötən il 1 mlrd. 400 mln. manatlıq ümumi əməliyyat xərcləri edib. 2021-ci ildə bu rəqəm 1 mlrd. 189.77 mln. manat idi.

Beləliklə, ötən il şirkət 451 mln. manat əməliyyat mənfəəti (2021: 130.56 mln. manat) əldə edib. Digər gəlir və xərclərdən sonra şirkətin xalis mənfəəti 534.93 mln. manata yüksəlib. 2022-ci ildəki xalis mənfəət 2021-ci ildən 337.61 mln. manat və ya 3 dəfə çoxdur.

Lakin bu, şirkəti hələ ki, yığılmış zərərdən xilas edə bilmir. Görünür, dövlət şirkəti hazırki artım tempi ilə davam edərsə, bir neçə ilə yığılmış zərərdən “yaxa qurtara” biləcək. 2022-ci ilin sonuna “Azərenerji” ASC-nin balansında 2 mlrd. 164.74 mln. manatlıq illərin yığılmış zərəri var.

Bu zərərlər əsasən dövlət şirkətinin sabiq prezidenti Etibar Pirverdiyevin dönəmində yığılıb. Etibar Pirverdiyev 2001-2018-ci illər ərzində dövlət şirkətinə rəhbərlik edib. O, 2018-ci ilin yayında elektrik enerjisi ilə bağlı ölkə ərazisində baş verən kəsintilərdən sonra Prezidentin tənqidinə tuş gəlmiş, həmin yay sona çatmadan vəzifəsindən azad edilmişdi. Bu vəzifəyə isə “Azərişıq” ASC-yə rəhbərlik etmiş Balababa Rzayev təyin edilmişdi.

B.Rzayevə qədər “Azərenerji” ASC-nin balansında 2 mlrd. 330 mln. manat üzərində yığılmış zərər vardı.

Dövlət şirkətinin ən iri elektrik stansiyası “Azərbaycan İES” MMC 2022-ci ili 4.33 mln. manat xalis mənfəət əldə etdiyini açıqlayıb.

“Azərenerji” Azərbaycanın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə də regionda lider mövqe tutur. Hal-hazırda şirkətin tərkibində gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 124 yarımstansiya; “Mingəçevir”, “Şəmkir”, “Yenikənd”, “Füzuli”, “Taxtakörpü”, “Şəmkirçay” və “Varvara” daxil olmaqla 7 ədəd su elektrik stansiyası (SES), “Göyçay”, “İsmayıllı-1”, “İsmayıllı-2”, “Balakən-1” və “Qusar” da daxil olmaqla 5 ədəd kiçik su elektrik stansiyası, “Azərbaycan”, “Cənub”, “Sumqayıt”, “Şimal”, “Səngəçal”, “Bakı İEM”, “Bakı”, “Şahdağ”, “Astara” , “Şəki” və “Xaçmaz” da daxil olmaqla 11 istilik elektrik stansiyası (İES) daxildir.

 

324324

45455

Son xəbərlər
Digər xəbərlər