13 C
Baku
Sunday, September 29, 2024

“AzerGold” 1 ay ərzində ixrac gəlirlərini dəyişməyib

2021-ci ilin yanvar ayında “AzerGold” QSC  9.9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. 

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir.

Bildirilib ki,  aylıq müqayisədə isə şirkətin ixracı dəyişməz qalıb.

Qeyd edək ki, “AzerGold” QSC  ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər
Digər xəbərlər