“AzerGold” QSC “Chem Trade” MMC ilə təxminən 1.4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə istehsalat üçün kimyəvi maddələrin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 1 388 215 manatdır.
Qeyd edək ki, “Chem Trade” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Emil Quliyevdir.