9 C
Baku
Friday, December 13, 2024

“AzerGold” $12.45 mln. xalis mənfəət etdiyini açıqladı

Azərbaycanda dövlətə məxsus böyük səhmdar cəmiyyət olan “AzerGold” QSC 2019-cu il ərzində öncəki illə müqayisədə xalis mənfəətini 55% artırıb.

Bu barədə Banker.az “AzerGold”un 2019-cu il üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Əlvan metal istehsalçısı və filiz yataqlarının kəşfiyyatçısının ötən il üzrə gəliri $86.17 mln. olmuşdur. Bu öncəki illə müqayisədə $27.7 mln. və ya 48% çox olması deməkdir.

“AzerGold”un məhsullarının maya dəyəri $55.71 mln. təşkil edib, bu illik müqayisədə 42.9% artımdır. Lakin, maya dəyərinin artmasına rəğmən, qızıl istehsalçısı $30.46 mln. ümumi mənfəət əldə edib – bu 2018-ci ildə $19.38 mln. idi.

Gəlirləri bütün inzibati və digər əməliyyat xərclərini qarşılamaqla yanaşı, $12.45 mln. xalis mənfəət əldə edib.

Eyni uğurlu hadisə isə “AzerGold”un balans hesabatında təkrarlanmayıb.  Şirkətin cəmi aktivləri 1 il ərzində “əriyərək” $110.19 mln.-a düşüb, bu öncəki il $110.78 mln. idi.

“AzerGold” –  ölkə Prezidentinin 11 fevral 2015-ci il tarixli fərmanı ilə 5 iyul 2016-cı il tarixində yaradılıb. 100% dövlətə məxsus şirkəti İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri təmsil edir.

“AzerGold”un fəaliyyət sahələrinə qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi daxildir.

2132333

Son xəbərlər
Digər xəbərlər