“AzerGold” ASC 2017-ci ilin aprel-dekabr aylarında Azərbaycanda hasil olunan qızıl və gümüş satışından 121 mln. manatdan artıq gəlir əldə edib ( $71,2 mln.). Bu barədə Banker.az-a şirkətdən məlumat daxil olub.
Aprel ayında “AzerGold” “Argor-Heraus” şirkəti tərəfindən saflaşdırılmış qızıl və gümüş külçələrin ixracına başlayıb.
“Aprel-dekabr aylarında “AzerGold” 60,552 min unsiya qızıl və 86,806 min unsiya gümüşün satışını həyata keçirib. Onların satışından gəlir 121 mln. manatı ötüb”, – şirkətdən qeyd ediblər.
Xəbər verildiyi kimi, «AzerGold» 2017-ci ildə ümumilikdə 70 min unsiya qızıl və 90 min unsiya gümüş satışından $85 milyondan çox, yəni, 145 mln. manata yaxın məbləğdə gəlir əldə etməyi nəzərdə tuturdu.