“AzerGold” QSC Ağyoxuş-Mərəh sahəsində planlaşdırılan inzibati ərazinin hazırlanması, müvafiq konteynerlərin, köşkün təmin edilməsi və mədən sahəsinin hasarlanması (1), eləcə də Filizçay layihəsi və digər layihələrə texniki məsləhət və tədqiqat xidmətləri (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalında verilən məlumata görə, tenderlərin qalibi “Cation” və “PKF Audit Azerbaijan” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 640,9 min manat və 2 milyon 483,6 min manat, ümumilikdə isə 3 milyon 124,5 min manat ödəniləcək.