7 C
Baku
Thursday, December 12, 2024

“Azergold” 50 min manatlıq “Sedan” avtomobili alır – Müqavilə bağlandı

“Azergold” Qapalı Səhmdar Cəmiyyəti “Performance Center Co” MMC ilə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə Sedan tipli avtonəqliyyat vasitəsinin satın alınması nəzərdə tutulub.

Müqavilənin məbləği 49 min 800 manatdır.

Bildirək ki, “Azergold” QSC 11 fevral 2015-ci il tarixində təsis edilib. “AzerGold” QSC ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər
Digər xəbərlər