21 C
Baku
Tuesday, April 1, 2025

“AzerGold” Daşkəsən sakinlərinə Ramazan sovqatları təqdim edib

“AzerGold” QSC-nin Daşkəsən rayonunda növbəti sosial yardım aksiyası dünya müsəlmanlarının birlik və həmrəylik rəmzi olan müqəddəs Ramazan bayramı günündə təşkil edilib.

Aksiya çərçivəsində Daşkəsən rayonu, həmçinin Çovdar, Quşçu kəndi, eyniadlı qəsəbədə yaşayan aztəminatlı ailələr ziyarət edilib.

Vətəndaşlara Səhmdar Cəmiyyətin adından bayram təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.

Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyaların məqsədi dövlət siyasətinin əsasını təşkil edən sosialyönümlü fəaliyyətə, ölkə əhalisinin rifah halını yaxşılaşdırması istiqamətində atılan addımlara töhfə verməkdir.

Cəmiyyət fəaliyyət göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi üçün ilə hər il müxtəlif növ layihələr, yerli icmaların ehtiyaclarına uyğun sosial təşəbbüslər həyata keçirir.

3 26 2 26 1 19 4 15

 

Son xəbərlər
Digər xəbərlər