20 C
Baku
Thursday, May 2, 2024

“AzerGold” ixrac gəlirlərini 64% artırıb

Cari ilin yanvar-fevral ayında “AzerGold” QSC 22.8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, illik müqayisədə bu, 64% çoxdur.

Qeyd edək ki, ötən ilin ilk iki ayında şirkət 13.9 mln. dollar dəyərində məhsul ixrac edib.

Onu da qeyd edək ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər