12 C
Baku
Sunday, October 27, 2024

“AzerGold” QSC-dən Energetika Nazirliyinə transfer

“AzerGold” QSC-nin törəmə şirkəti AzerBlast MMC-nin İcraçı direktorunun müavini Samir Rəhimov Energetika Nazirliyinə təyinat alıb.

Banker.az xəbər verir ki, Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinə təyinat olub, Energetika Naziri Pərviz Şahbazovun əmri ilə Samir Rəhimov İqtisadiyyat şöbəsinə müavin təyin edilib. S.Rəhimov bu təyinata qədər “AzerGold” QSC-də Strateji Planlaşdırma və biznesin inkişafı, Logistika və inzibati işlər şöbələrinə rəhbərlik edib. Daha sonra isə “AzerGold” QSC-nin törəmə şirkəti AzerBlast MMC-də İcraçı direktorun müavini kimi çalışıb.

Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin əsas məqsədi yanacaq-energetika sahəsinin iqtisadi vəziyyətinin təhlilini, inkişaf strategiyası və iqtisadi inkişafın istiqamətlərinin müəyyənləşdirilməsinin həyata keçirilməsidir. Xatırladaq ki, Nazirlikdə 11 şöbə, 5 müstəqil sektor və tabeliyində 2 Agentlik fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər