21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“AzerGold” satışdan gəlirlərini açıqladı – 70 mln. manatdan çox qazanc

Screen Shot 2021 09 02 at 14.34.20

Cari ilin birinci yarımilində 25.4 min unsiya qızıl, 56.1 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsaitin həcmi 46.9 milyon ABŞ dolları (79.7 milyon manat) təşkil edib.

Banker.az “AzerGold”dan əldə etdiyi məlumata əsasən xəbər verir ki,  bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6.8 % çoxdur.

Həmçinin bildirilib ki,  “AzerGold” fəaliyyət göstərdiyi dövr ərzində 254.5 min unsiya qızıl və 456.3 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 657 milyon manatdan çox vəsait cəlb edib. Bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7.1 %-i həcmində vəsait ayırılıb.

 

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər