21 C
Baku
Friday, September 20, 2024

“AzerGold” yarımillikdə 1 milyon dollar mənfəət edib, satışdan gəlirləri 29% artıb

“AzerGold” QSC 2024-cü ilin 1-ci yarısını 1 milyon 51 min dollar xalis mənfəət ilə başa vurub.

Banker.az bu barədə QSC-nin yarımillik hesabatına istinadən xəbər verir.

2024-cü ilin ilk 6 ayında “AzerGold” şirkətinin satışdan gəlirləri 52 milyon 100 min dollar təşkil edib. Ötən ilin eyni aylarında bu göstərici 40 milyon 357 min dollar olub ki, bu da illik müqayisədə 29% artım deməkdir.

Cari ilin yarımilliyində “AzerGold”un cəmi aktivləri 459 milyon 30 min dollar, cəmi öhdəlikləri 140 milyon 848 min dollar, cəmi kapitalı isə 318 milyon 182 min dollar olub.

Son xəbərlər
Digər xəbərlər