10 C
Baku
Thursday, December 12, 2024

“AzerGold”ın fəaliyyət əhatəsi genişləndi

Azərbaycanda əlvan filiz yataqları öyrənən, tədqiq edən və kəşfiyyat işlərini aparan “AzerGold”un fəaliyyət istiqaməti genişləndirilir.

Banker.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı dəyişiklikdəki sənədi imzalayıb.

Yeni dəyişiklikdə “AzerGold”un əsas məqsədləri əlvan metalla yanaşı qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarət olacaq.

“AzerGold”— 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə yaradılan səhmləri dövlətə məxsus olan qurumdur.

Son xəbərlər
Digər xəbərlər