10 C
Baku
Friday, December 13, 2024

“AzerGold”un gəlirləri 29% artıb – 109 mln. dollar

Ötən il “AzerGold” QSC 109.7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.

Belə ki, 2019-cu ildə “AzerGold” QSC-nın ixrac məhsullarının dəyəri 85 milyon ABŞ dolları təşkil edib ki, bu illik müqayisədə 24.7 milyon ABŞ dolları və ya 29% çoxdur.

Qeyd edək ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

 

Son xəbərlər
Digər xəbərlər