Azərbaycanda əlvan və qara metal filizi yataqlarının idarə olunması ilə məşğul olan dövlət şirkəti “AzerGold” QSC-nin işçi sayı açıqlanıb.
Banker.az xəbər verir ki, 1 iyul 2021-ci il tarixinə “AzerGold” QSC-nin işçilərinin sayı 470 nəfər olmuşdur. 2021-ci ilin əvvəlində 415 nəfər olduğunu nəzərə alsaq ilk yarıda 55 işçi qəbul etməsi deməkdir.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə yaradılan səhmləri dövlətə məxsus olan qurumdur.
“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.