22 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

“AzerGold”un maliyyə vəziyyəti bəlli oldu

Screen Shot 2021 09 02 at 14.34.20

“AzerGold” QSC 2021-ci ilin 1-ci yarımilliyini  21 milyon 668 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə isə “AzerGold” 81 milyon 957 min manat mənfəət etmişdir.

Banker.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin 6 ayında “AzerGold”un satışdan gəlirləri 80 milyon 711 min manat, ümumi və inzibati xərcləri 6 milyon 612 min manat, faiz xərcləri 680 min manat təşkil edib.

Cari ilin iyulun 1-nə “AzerGold”un aktivləri 266 milyon 3 min manat olub ki, bu da ötən illə müqayisədə 12% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 21% azalaraq 62 milyon 507 min manata, balans kapitalı isə 22% artaraq 203 milyon 497 min manata, o cümlədən nizamnamə kapitalı 1.7 dəfə artaraq 62 milyon manata çatıb.

Xatırladaq ki, AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər