21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

“AzerGold”un nizamnamə kapitalı 37 milyon manata çatdırılıb

Screen Shot 2021 09 02 at 14.34.20

“AzerGold” QSC-nin nizamnamə kapitalı 25 milyon manat və yaxud 3,1 dəfə artırılaraq 12 milyon manatdan 37 milyon manata çatdırılıb.

Kapital artımı şirkətin dövriyyədə olan 2 milyon ədəd səhminin nominal dəyərinin 6 manatdan 18,5 manata çatdırılması hesabına baş tutub.

Xatırladaq ki, “AzerGold” ölkə Prezidentinin 11 fevral 2015-ci il tarixli fərmanı ilə 5 iyul 2016-cı il tarixində yaradılıb. 100% dövlətə məxsus şirkəti İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri təmsil edir.

“AzerGold”un fəaliyyət sahələrinə qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi daxildir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər