11 C
Baku
Monday, November 28, 2022

“AzerGold”un sığorta işlərini 298 min manata “Qala Sığorta” həyata keçirəcək

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin elan etdiyi tenderin qalibi “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti seçilib.

Banker.az xəbər verir ki, tenderdə nəcib metal tərkibli külçələrinin təyinat məntəqələrinə çatdırılanadək yük sığortası növü ilə sığortalanması xidmətinin satın alınması nəzərdə tutulub.

Tenderin ümumi məbləği 297 min 500 manatdır.

Bildirək ki, “Qala Sığorta” ASC 1999-cü ildə dövlət qeydiyyatına alınıb. Sığorta şirkətinin nizamnamə kapitalı 8050000 AZN-dir və qanuni təmsilçisi Fuad Allahverdiyev Kamran oğludur.

Onu da qeyd edək ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli Sərəncamına əsasən təsis edilib.

“AzerGold” QSC ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Son xəbərlər
Digər xəbərlər
X