11 C
Baku
Monday, November 25, 2024

“AzerGold”un törəmə şirkətinin rəhbəri dəyişib

“AzerGold” QSC-nin törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin (DDF) rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, Ceyhun Əliyev Mehdi oğlu “Daşkəsən Dəmir Filiz” MMC-nin direktoru təyin edilib.

Buna qədər mədən şirkətinin direktoru Oqtay Məmmədov Xanlar oğlu idi. O.Məmmədov “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü olmaqla paralel 2020-ci ilin dekabrından (yarandığı gündən) “Daşkəsən Dəmir Filiz”in direktoru idi.

DDF – Azərbaycan Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə “AzerGold” QSC-yə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər həvalə edilib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar bütün səhmləri Cəmiyyətə məxsus olan ilk törəmə şirkət – DDF MMC 2020-ci ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb.

DDF Prezident İlham Əliyevin 6 avqust 2020-ci il tarixli Sərəncamına əsasən, “Daşkəsən” dəmir filizi yataqlarının istismara verilməsi ilə bağlı kompleks işlərin icrasını davam etdirir. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqlarının hasilata verilməsi və qara metallurgiya məhsullarının istehsalı üçün keyfiyyətli xammala olan təlabatın ödənilməsidir.

 

Son xəbərlər
Digər xəbərlər