Azərbaycanın dünya bazarına çıxardığı neftinin barelinin qiyməti 86 dollara qədər bahalaşma yaşçayıb.
Banker.az xəbər verir ki, “Azeri Light” markalı xam neftin bir barreli sutka ərzində 1.35 dollar, yaxud 1.6% bahalaşaraq 85.57 dollara yüksəlib.
Qeyd edək ki, Azərbaycan “OPEC plus” üzrə gündəlik hasilatın fevralda da 400 min barrel artırılması ilə bağlı qərarı dəstəkləyib.
Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barrel həcmində olmasını nəzərdə tutur.
Yanvar ayı üzrə günlük neft hasilatı üzrə isə 661 min bareldir.