Prosessinq mərkəzi olan “Azericard” MMC-də yeni təyinat olub.
Banker.az xəbər verir ki, Quliyeva Banu Azərikard MMC şirkətinin Hüquq departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
O, 2023-cü ilin fevralından 2025-ci ilin yanvar ayına kimi “Azericard”da hüquq və sənədləşmə şöbəsinin müdiri olub.
Quliyeva Banu hazırda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında vəkil kimi çalışır.
O, 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində “Hüquq” üzrə bakalavr dərəcəsinə, 2013-2015-ci illərdə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq” üzrə magistr dərəcəsinə, 2015-2019-cü illərdə isə Hüquq və İnsan Haqları İnstitutunda “Beynəlxalq Hüquq” üzrə doktorluq elmi dərəcəsinə yiyələnib.