16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

“Azericard” VTS xidmətinin əhatə şəbəkəsini genişləndirir

Yaxın aylarda VTS (“Visa Token Service”) xidməti “Azericard” prosesinq mərkəzinin digər partnyor banklarının müştərilərinə də əlçatan olacaq.

Bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən “Azericard”ın baş direktoru Fərid Quliyev deyib.

Onun sözlərinə görə, hazırda bu xidmət Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün tətbiq edilib.

“Hazırda bu xidmət yalnız “Azericard”ın şəbəkəsinə daxil olan partnyor banklar üçün əlçatandır”, – deyə F. Quliyev qeyd edib.

Qeyd edək ki, “Visa Token Service” nağdsız ödənişlərin ödəniş kartları ilə yanaşı, müxtəlif vasitələr, o cümlədən mobil telefonlar vasitəsilə həyata keçirilməsinə, ödəniş kartları ilə aparılan əməliyyatlarda məlumatların emalı üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, daha innovativ həllərin tətbiqinə imkan verir.

©APA-Economics

Son xəbərlər
Oxşar xəbərlər