17 C
Baku
Monday, April 29, 2024

“Azericard”da yeni təyinat

Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzi “Azericard” MMC-də yeni təyinat olub.

Banker.az xəbər verir ki, Əziz Rza Kart Texnologiyaları və yeni Layihə Departamentinin direktoru təyin edilib.

O, buna qədər “Azericard”da əməliyyat şöbəsinin müavini kimi çalışırdı.

Xatırladaq ki, Hal-hazırda “Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir və onların hamısı – Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür. “Azərikard” MMC telekomunikasiya şirkətlərinin xidmət haqlarının, kommunal xidmətlərin, gömrük rüsumlarının və vergilərin ödənişi, mobil və internet bankçılıq, nağdsız qaydada bir kartdan digər karta pul köçürmələrinin (Kart Transfer, VISA Direct, MasterCard Money Send), VTS, bankomat vasitəsilə sığorta haqlarının və depozitlərin ödənişinin, müxtəlif loyallıq proqramları və s. kimi yeni, müasir və texnoloji layihələrin tətbiqi ilə fəal şəkildə məşğuldur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər